Bu barədə Yəmən mətbuatı məlumat verib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Yəmən ordusu Səudiyyə Ərəbistanın cənubunda yerləşən hərbi bazalara zərbələr endirib.
Məlumata əsasən, Husilər Səudiyyə Ərəbistanın Cizan vilayətində yerləşən hərbi bazalara ballistik raketlərdən zərbələr endirib.
Ölən və yaralanlar barədə məlumat verilmir.
Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, yüzminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.