Yəmən ordusundan Qələbə Baharı əməliyyatı: Böyük ərazilər azad edildi

Yəmən ordusundan Qələbə Baharı əməliyyatı: Böyük ərazilər azad edildi

Yəmən Silahlı Qüvvələri (SQ) ümumi sahəsi 3 200 kvadrat km olan ərazinin azad edildiyini elan edib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, sözügedən torpaqlar Məarib və Şəbva əyalətlərində keçirilən irimiqyaslı hərbi əməliyyatlardan sonra terrorçular və işğalçılardan təmizlənib.

Bu barədə Yəmən ordusunun rəsmisi Yəhya Saria məlumat verib.

O deyib ki, hərbçilər adıçəkilən əyalətlərdə “Qələbə baharı” adlı əməliyyat keçiriblər və qarşıya qoyulmuş bütün hədəflərə tam nail olublar.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı rejiminin yüzlərlə muzdlusu, o cümlədən də İŞİD və “əl-Qaidə” terrorçuları məhv edilib, yaralanıb və əsir götürülüb. Həmçinin çox sayda silah-sursat da qənimət olaraq ələ keçirilib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, yüzminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

 

 

Xəbəri paylaş

VİDEOLAR