Yəmən ordusundan növbəti strateji qələbə

Yəmən ordusundan növbəti strateji qələbə

Bu barədə Yəmən Silahlı Qüvvələrinin (SQ) mətbuat katibi Yəhya Sərii bəyan edib.

Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, Yəmənin əl-Cəuf əyaləti azad edilib.

Yəmən SQ düşmənlə müqavimətin yeni mərhələsinə keçməyə can atır”, – deyə o vurğulayıb.

Sərii qeyd edib ki, əl-Cəuf “Yəmənin düşmənləri və onları muzdluları, satqınlar və “kuklalara” qarşı keçirilmiş “Səhra şəfəqi” adlı genişmiqyaslı hərbi əməliyyat nəticəsində” azad edilib.

Əlavə edilib ki, düşmənin canlı qüvvəsinə ağır zərbələr endirilib, çox sayda silah-sursat qənimət olaraq ələ keçirilib.

Yəmənli rəsmi yəmənliləri azadlıq və müstəqillik uğrundakı mübarizədə aktiv şəkildə iştirak etməyə çağırıb.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR