Yəmənin Məarib şəhəri yaxınlığında gedən döyüşlər zamanı işğalçı qüvvələrə ağır zərbə endirilib.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, toqquşmalar zamanı Səudiyyə Ərəbistanının 29 muzdlusu məhv edilib və yaralanıb.
Qeyd edək ki, son zamanlar Yəmən ordusu və xalq könüllüləri Məaribdə nəzərəçarpacaq irəliləyişlər əldə etməklə yanaşı, çox sayda işğalçı qüvvəni də zərərsizləşdirib.
Xatırladaq ki, hazırda neft və qazla zəngin mərkəzi Məarib əyaləti uğrunda şiddətli döyüşlər getməkdədir. Əyalətə 14 şəhər daxildir. Yəmən ordusu və könüllülərinin uğurlu əməliyyatları nəticəsində 12 şəhər üzərində nəzarət bərpa edilib.