Yəmən silahlı qüvvələrinin sözçüsü sionist İsrail rejiminə qarşı iki əməliyyat keçirdiklərini, onlardan birinin İraq müqaviməti ilə birgə olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri cümə axşamı gecəsi işğal altındakı Hayfa şəhəri və Qırmızı dənizdə İraq İslami müqaviməti ilə birgə əməliyyat keçirildiyini bildirib.
Yəhya Səri videomüraciətində bu açıqlamaları verib: “Yəmən ordusu İraq İslami müqavimətinin iştirakı ilə keçirdiyi ilk əməliyyatda işğal altındakı Hayfa limanındakı həyati bir hədəfi qanadlı raketlərlə uğurla hədəfə alıb.
İkinci əməliyyatda “SEA JOY” gəmisi işğal altındakı Fələstin limanlarına giriş qadağanını pozduğu səbəbilə Qırmızı dənizdə hədəfə alınıb. Bu əməliyyat Yəmən ordusunun raket bölməsi və PUA bölmələri tərəfindən birgə həyata keçirilib”.
Yəmən ordusu Qəzzada müharibə tamamilə dayandırılana və bu bölgədəki mühasirə götürülənə qədər bu əməliyyatların davam edəcəyini vurğulayıb.