6.06.2021 10:00:25
Baza çox dəqiqliklə vurulub və ciddi ziyan verib
Rasthaber Azərbaycan xəbər verir ki, "Al Masirah" telekanalının məlumatına görə, Yəmən ordusunun sözcüsü general Yəhya Səri ordu və könüllülər tərəfindən bu gün Səudiyyənin Hamis Muşayt bölgəsindəki Məlik Xalid hərbi hava bazasına yenidən PUA-larla hücum həyata keçirildiyini qeyd edib.
General hücumun "Qəsif K2" tipli PUA-larla edilyini bildirib.
Yəhya Səri hərbi hədəflərin tam dəqiqliklə vurulduğunu önə çəkərək, hücumların Yəmən xalqına qarşı hava hücumları və embarqolara cavab olaraq haqlı həyata keçirildiyini önə çəkib.
Qeyd edək ki, artıq azı 6-cı dəfədir Məlik Xalid hərbi hava bazası yəmənlilərin hədəfinə tuş gəlir.