Yəmən ordusu və könüllüləri Səudiyyəyə qarşı əməliyyat həyata keçirdi

Yəmən ordusu və könüllüləri Səudiyyəyə qarşı əməliyyat həyata keçirdi

Səudiyyənin hücumlarına cavab olaraq Yəmən ordusu və könüllüləri əks-hücuma keçiblər

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusu və Xalq Komitələri, Yəmənin Səudiyyə ilə sərhədində yerləşən Cizan ətrafında Səudiyyə hərbi hissələrinə qarşı çox sayda əməliyyat həyata keçiriblər.
Yəmən gücləri tərəfindən Cizanda əd-Dud, ər-Ramih və Cahfan təpələrində Səudiyyə koalisiyasının onlarla muzdlu əsgərinin olduğu hərbi hissələrə qarşı hücum həyata keçirib.
Məlumata görə, 30-dan sonra hərbi nöqtə və mövqe yəmənlilərin nəzarətinə keçib.
Əməliyyat zamanı onlarla muzdlu öldürülüb, 32 zirehli maşın partladılıb.
Səudiyyə koalisiyasının müzdluları hücumdan sonra ərazidən qaçıblar.
Qeyd edək ki, dünən Səudiyyə qırıcıları Yəmən bölgələrini bombalamışdı.

Xəbəri paylaş

VİDEOLAR