Səudiyyəyə aid daha bir PUA vurulub
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən ordusu bu gün verdiyi açıqlamada, Yəmən Ordusuna aid havadan müdafiə sisteminin Səudiyyə koalisiyasına aid daha bir casus PUA-sını vurduğunu bildirib.
Vurulan PUA-nın Cizanda casus uçuşu həyata keçirərkən vurulduğu qeyd edilir. Məlumata görə, son 2 gün ərzində Səud Koalisiyasına aid 5-ci vurulan PUA-dır.
Yəmən Ordusu və könüllüləri 2019-cu ildə Səud koalisiyasına aid 73 casus PUA vurublar.