26.04.2021 13:06:57
Hücum PUA-lar vasitəsilə reallaşıb
Rasthaber Azərbaycan xəbər verir ki, "Al Masirah" telekanalının məlumatına görə, Yəmən ordusunun sözcüsü Yəhya Səri ordu və könüllülər tərəfindən bu gün Səudiyyənin Hamis Muşayt bölgəsindəki Məlik Xalid hərbi hava bazasına PUA-larla hücum həyata keçirildiyini açıqlayıb.
Ordu sözcüsü hücumun "Qəsif K2" tipli PUA-larla edilyini bildirib.
Yəhya Səri hərbi hədəflərin tam dəqiqliklə vurulduğunu önə çəkərək, hücumların Yəmən xalqına qarşı hava hücumları və embarqolara cavab olaraq həyata keçirildiyini qeyd edib.