Yəmən ordusu irəliləməyə davam edir

Yəmən ordusu irəliləməyə davam edir

Yəmənlilərin düşmənə qarşı uğurlu əməliyyatları davam edir.

Az.rasthaber.com xəbər verir ki, Yəmən ordusu və xalq könüllü qüvvələri Həcca əyalətinin şimalından uğurla irəliləməyə davam edir.

Yəmənli güclər bu gün Herzin cənubunda Səudiyyə Ərəbistanına bağlı qüvvələrə ağır zərbə endirərək bir yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb.

Nəticədə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR