Yəmən ordusu ABŞ PUA-sını vurub

Yəmən ordusu ABŞ PUA-sını vurub

Yəmən Silahlı Qüvvələri kəşfiyyat uçuşu həyata keçirən ABŞ-a məxsus "Scan Eagle" tipli PUA-nı Məarib vəlayətində keçirərkən vurduğunu bildirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Yəmən Sillahlı Qüvvələrinin rəsmisi Yəhya Səri deyib:

"ABŞ istehsalı olan bu casusluq PUA-sı Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən Məarib vilayətinin "Əl-Cubə" bölgəsində vurulub".

Yəhya Səri ABŞ PUA-sının müvafiq silahla vurulduğunu və yaxın zamanda onun qalıqlarının görüntülərinin yayımlanacağını bəyan edib.

O əlavə edib ki, "bu PUA, cari ildə Yəmənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan altıncı "Scan Eagle" tipli kəşfiyyat PUA-sdır". 

Yəmən ordusu həmçinin son aylarda bu ölkənin müxtəlif bölgələrində səud koalisiyasının bir neçə pilotsuz təyyarəsini də vurub.

Xəbəri paylaş

VİDEOLAR