Yəmən ordusu ABŞ-a məxsus casus PUA-nı vurdu

Yəmən ordusu ABŞ-a məxsus casus PUA-nı vurdu

Yəmən ordusundan bəyan edilib ki, Məarib əyalətində ABŞ-a məxsus casus PUA vurulub.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu barədə Yəmən silahlı qüvvələrinin rəsmisi briqada generalı Yəhya Əl-Sərii məlumat verib.

Bildirilib ki, Əlcubə rayonunda ABŞ istehsalı olan casus PUA-sı vurulub.

Vurulmuş PUA-nın qalıqları ilə bağlı təsvirlər qeydə alınıb və tezliklə yayılacaq.

O qeyd edib ki, bu pilotsuz Yəmən hava hücumundan müdafiə qüvvələrinin cari ildə vura bildiyi «ScanEagle» tipindən olan beşinci PUA-dır.

Xəbəri paylaş

VİDEOLAR