Yəmən Ənsarullahı ABŞ-ın təklifini rədd etdi

Yəmən Ənsarullahı ABŞ-ın təklifini rədd etdi

ABŞ-ın Yəməndəki nümayəndəsinin atəşkəs təklifini rədd edərək, onu Yəməni hazırkı mərhələdən daha təhlükəli mərhələdə qoyacaq bir fitnə adlandırıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmən Ənsarullahının sözçüsü Məhəmməd Əbdussəlam bu barədə açıqlama verib.

"Amerika nümayəndəsinin təklif etdiyi məsələ, yeni bir şey deyil və ötən bir ildəki beynəlxalq və səudiyyə perspektivinin təzahürüdür.

Bu təklifdə nə mühasirənin dayandırılmasına işarə edilib, nə də ki, atəşkəsin. Bu təklif, yalnız sonda mühasirənin diplomatik kanallarla bərpası ilə nəticələnəcək bir razılaşmadır.  Əgər onlar ciddi olsaydılar, müharibə və mühasirənin sonunu elan edərdilər. Biz bu mövqeni alqışlayarıq. Amerikalılar savaşın dayandırılması üzrə bir təklif kimi Ərəbistanın şəraitini təqdim etməklə bir daha göstərdilər ki, açıq şəkildə təcavüzün və mühasirənin arxasında durublar. Müharibəyə son qoyulması və mühasirənin ləğv edilməsi barədə heç bir real dəyişiklik mövcud deyil, əksinə bunlar yalnız işlərin digər bir tərəfə tapşırılmasından ibarətdir.", - deyə Məhəmməd Əbdussəlam qeyd edib.

O, bildirib ki, Ənsarullah digər tərəflərin humanitar yardımlar barədəki bütün təklif şəraitini qəbul edib.

"Mühasirənin davam etməsi üçün heç bir bəhanə tapmadıqda, iddia etdilər ki, yardımlar ləyaqəti çatan kəslərə çatmır.", -deyə Ənsarullah rəsmisi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR