Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi mübarək ayın daxil olma ərəfəsində çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi Ramazan ayı ərəfəsində, bu ayla bağlı tövsiyələr verərək, müharibə şəraitində olan ehtiyaclılara daha çox yardım edilməsini istəyib.
“Bu mübarək ayını qarşılamaq üçün əsas şeylər psixoloji və zehində hazırlıqdır.”, -deyə Əl Husi bildirib.
Ənsarullah lideri zəkat, yardım, işbirliyi və xeyir işlərin könüllü olaraq verilməsinin bərəkətindən, həmçinin ön cəbhədə olanların daha çox yardıma ehtiyac olduğunu önə çəkib.
Əl-Husi sonra deyib: “İslam Ümmətinin hərtərfli olaraq Quran Mədəniyyətinə ehtiyacı vardır. Ramazan ayında fəqir və ehtiyaclıların duyğularını anlamağımız yaxşı olardı.”
Ənsarullah lideri Ramazan ayının gəlişi münasibətilə bütün şəhərlərdə təmizlik aparılmasının önəmini də diqqətə çatdırıb.
Əl-Husi Həzrət Məhəmməd (s) peyğəmbər, İmam Əlidən (ə) hədislər nəql edərək bu ayın əzəmətindən danışıb.
Ənsarullah lideri bu ayın və ümumiyyətlə bütün günlərin ən üstünü olan Qədr Gecəsi haqqında da bəhs edib.