Oman Sulatanlığının rəsmi nümayəndə heyəti Yəmən münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların təşkili üçün paytaxt Sənaya gedib.
Az.rasthaber.com SalamNews-a telekanalına istinadən xəbər verir ki, Yəməndə münaqişənin tənzimlənməsi üçün vasitəçi rolunu öhdəsinə götürən Oman Sultanlığı daha bir nümayəndə heyətini husilərlə (Milli Qurtuluş Hökuməti) görüş üçün Sənaya göndərib.
Qeyd edək ki, artıq səkkiz aydır Yəməndə atəşkəs rejimi hökm sürür. Yəmənin 13 əyalətini nəzarətdə saxlayan Ənsarullah hərəkatı və onun dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” atəşkəsin şərtlərinə əməl edilmədiyinə görə onun ləğv ola biləcəyi haqda xəbərdarlıq etmişdi.
Əlavə edək ki, Yəməndə daxili müharibə 2015-ci ildə Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiyanın müdaxiləsindən sonra şiddətlənib və ölkənin əksər əyalətlərinə sirayət edib.