Yəmən müharibəsinin bitməsinə az qalıb

Yəmən müharibəsinin bitməsinə az qalıb

Yəmənə qarşı aparılan müharibənin bitməsinə az qalıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Buhəyti bildirib.

O, müharibənin sona çatmaq mərhələsində olduğunu qeyd edərək deyib ki, müharibənin gedişatı artıq Səudiyyə Ərəbistanı və BƏƏ-nin lehinə deyil.

Müharibənin davam etməsi ər-Riyad və Əbu-Dabinin xeyrinə olmayacaq, müharibənin sona çatması isə onların da işinə yarayacaq.

Yəmən bu gün gəmi əleyhinə raketlər və qayıqlar istehsal edir. Yəmənli qüvvəlləri hazırda gəmi əleyhinə silahlar və helikopterə sahibdir”, - deyə o əlavə edib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR