Yəmən: Livanın işğal olunmuş ərazilərini geri almaq hüququnu dəstəkləyirik

Yəmən: Livanın işğal olunmuş ərazilərini geri almaq hüququnu dəstəkləyirik

Yəmənin Milli Azadlıq Hökumətinin Ali Siyasi Şurasının sədri Livanın azad edilməsinin ildönümünü qeyd edərkən deyib: Livan müqaviməti bu gün bütün dünyada azadlıq mübarizlərini ruhlandırır.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Azadlıq Hökumətinin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşət “Müqavimət və Qurtuluş Bayramı” kimi tanınan Livanın qurtuluşunun ildönümü münasibətilə bu ölkənin millətini, müqavimətini və ordusunu təbrik edib.

Mehdi əl-Məşat açıqlamasında deyib:

"Yəmən Livanın müqavimət və azadlıq gününün yaradıcılarına, həm müqavimət liderlərinə, həm də xalqına böyük hörmətlə baxır. Çünki Müqavimət Günü dünyanın azad insanlarını ruhlandırıb".

Yəmənin Ali Siyasi Şurasının sədri Livanın müstəqilliyinin ildönümünün strateji dönüş nöqtəsi olduğunu bildirib və deyib:

"Biz bir daha Livana və ölkənin işğal olunmuş ərazilərini geri almaq hüququnu dəstəklədiyimizi bəyan edirik".

Mehdi əl-Məşəd bəyanatının sonunda Livandakı siyasi boşluğun prezidentin seçilməsi və Livanın rəsmi qurumlarında nizamın bərpası ilə dolacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, 2000-ci il mayın 25-də Hizbullaha qarşı böyük məğlubiyyətə uğrayan sionist rejim təxminən iyirmi ildən sonra Livanın cənubundan geri çəkilməli oldu. Bu gün Livanda müqavimət və qurtuluş günü kimi qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR