15.03.2021 12:24:46
Yəmən silahlı güclərin Maaribdə 3 həftədə azad etdiyi ərazilər təqribən 1200 kv kilometrdir.
Rasthaber Azərbaycan xəbər verir ki, yerli mənbələr Yəmən güclərinin Maarib bəndinin yaxınlığına çatdığını və bölgədə irəlilədiyini bildirib.
"Al Mayadeen" Yəmən ordusu və xalq komitə güclərinin Maarib bəndinin böyük bölümünü nəzarətə götürdüyünü və bəndin bu güclərin tam nəzarətində olduğunu xəbər verib.
Mənbələr, Səudiyyə koalisiyasının müttəfiqləri olan Mansur Al Hadi, Əl Qaidə və vəhabi qruplaşmalardan 1800 muzdlunun öldürüldüyünü və 3000-dən çoxunun əsir götürüldüyünü bildirib.
Xəbərə görə, Yəmən silahlı güclərin Maaribdə 3 həftədə azad etdiyi ərazilər təqribən 1200 kv kilometrdir.