Yəmən: İstənilən yeri vura bilən silahlarımız var

Yəmən: İstənilən yeri vura bilən silahlarımız var

Yəmən ordusunun əməliyyatlarının əsas məqsədi Yəmən müharibəsini bitirmək və düşmənə danışıqlar masası arxasına gəlməsi üçün təzyiq göstərməkdir.

Az.rasthaber.com ABNA-ya istinadən xəbər verir ki, Yəmənin Baş Qərargah rəisinin müavini Əl-Mişki elan edib ki, "Yəmən Fırtınası - 2" əməliyyatı Yəmən Silahlı Qüvvələrinin qabaqcıl silahlara, güclü qüvvələrə və mühüm kəşfiyyata malik olduğunu göstərib.

O, Yəmən silahlı qüvvələrinin dəqiq silahlara və pilotsuz təyyarələrə malik olduğunu qeyd edərək bildirib: “Silahlarımız təcavüzkar ölkələrin istənilən bölgəsinə nüfuz etmək və daxil olmaq qabiliyyətinə malikdir. ABŞ-ın Əl-Zəfra aviabazasının hədəf alınması düşmənlər üçün mühüm mesajdır. Çünki Yəmən xalqını bombalamaq üçün döyüş təyyarələri bu bazadan uçur".

Əl-Mişki deyib ki, əməliyyatları əsas məqsədi Yəmən müharibəsini bitirmək və düşmənə danışıqlar masası arxasına gəlməsi üçün təzyiq göstərməkdir.

 

Xəbəri paylaş

VİDEOLAR