Yəmən Ənsarullah Hərəkatı sionist İsrailin Hudeydə şəhərinə təşkil etdiyi hücumda 3 nəfərin şəhid olduğunu, 87 nəfərin yaralandığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Səhiyyə Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda sionist İsrailin Hudeydəyə hücumunda 3 nəfərin şəhid olduğu, 87 nəfərin yaralandığı bildirilib.
Hudeyde şəhərinin Sevra xəstəxanasının direktoru mətbuata açıqlamasında İsrailin Hudeyde şəhərini bombalaması nəticəsində yaralananların şəhərin müxtəlif xəstəxanalarında müalicə aldığını bildirib.