Yəmən qaynaqları istefaya çıxmış prezidentdən asılı qüvvələrin Təiz vilayətinə qarşı geniş miqyaslı hücumunun məğlub olmasından xəbər verdilər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmənin istefaya çıxmış prezidenti Mənsur Hadidən asılı ünsürlərin hücümü 3 cinahdan və Təiz vilayətinin cənub-qərb səmtindən başlanıb.
Bu hücüm Əl-Məfer rayonunun Əl-Kədhə cəbhəsində 7 saatdan çox davam edib.
Qaynaqların dediyinə görə Yəmən ordusu və Xalq Komitələri qüvvələrinin vaxtlı müdafiə və reaksiyası nəticəsində Səudiyyə müzdurlarının hücumu məğlubiyyətə uğradı və müzdurlardan onlarla nəfəri öldürülüb və yaralanıb.