Yəmən: ABŞ və İsrailin 4 gəmisini hədəf aldıq

Yəmən: ABŞ və İsrailin 4 gəmisini hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü bəyanatında Ənsarullahın sionist rejimə qarşı yeni əməliyyatları ilə bağlı mühüm açıqlamalar verib və ABŞ və sionist rejimin 4 gəmisinin hədəfə alındığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri bu barədə açıqlama verib:

“Bu səhər Ədən körfəzində iki İsrail gəmisinə və iki Amerika gəmisinə qarşı dörd hərbi əməliyyat keçirdik.

Ədən körfəzində iki İsrail gəmisini (MSC DARWIN) və (MSC GINA), Amerika gəmisini (MAERSK YORKTOWN) və bu ölkənin hərbi gəmisini hədəf aldıq.

Amerika və İsrail gəmiləri çoxlu sayda uyğun dəniz raketləri və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Biz məzlum Fələstin xalqına qarşı dini, mənəvi və insani borcumuzu yerinə yetirməyə və sevimli Yəmənimizi müdafiə etməyə davam edəcəyik.

Yəmən silahlı qüvvələrinin Qırmızı dəniz, Ərəbistan dənizi və Hind okeanında əməliyyatları düşmənin hücumları bitənə və Qəzza zolağında Fələstin xalqına qarşı mühasirə bitənə qədər davam edəcək”.

Xəbəri paylaş

VİDEOLAR