Yəmən ABŞ-ın kəşfiyyat təyyarəsini vurub

Yəmən ABŞ-ın kəşfiyyat təyyarəsini vurub

Bildirilib ki, Yəmənin paytaxtı Sənadan 100 kilometr cənubda Zamar əyalətində Amerikaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Az.rasthaber.com xəbər verir ki, Əl Məyadin-in məlumatına görə, bölgədəki İsrail və ABŞ ordusuna qarşı Fələstin xalqına dəstək olaraq hücumlarını davam etdirən Yəmənin hava hücumundan müdafiəsi ABŞ-ın pilotsuz uçuş aparatının paytaxt Sənanın 100 kilometr cənubunda Zamar vilayətində vurulduğunu açıqlayıb. .

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri 10 sentyabr 2024-cü ildə Saada əyalətində ABŞ-a məxsus MQ-9 tipli İHA-nı vurduqlarını açıqlayıb.

Yahya Səri həmçinin bildirib: "Son iki gündə iki PUA-nı vurduq və vurduğumuz ABŞ MQ-9 tipli PUA-ların ümumi sayı 9-a yüksəldi".

Xəbəri paylaş

VİDEOLAR