Tvitter Yəhya Sərinin hesabını bloklayıb

Tvitter Yəhya Sərinin hesabını bloklayıb

Twitter Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərinin hesabını bloklayıb.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, sosial media platforması Twitter Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səriinin hesabını bloklayıb.

Qeyd edək ki, Yəhya Sərii Tvitter hesabında Yəmənlə bağlı son hadisələri paylaşırdı.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində 230 mindən çox insan həyatını itirib, milyonlarla insan çətin həyat şəraiti ilə üzləşib.

Xəbəri paylaş

VİDEOLAR