Yəhya Sinvar şəhid İsmayıl Haniyənin yerinə təyin edilib

Yəhya Sinvar şəhid İsmayıl Haniyənin yerinə təyin edilib

HƏMAS şəhid İsmayıl Həniyyənin yerinə bu hərəkatının Qəzzə zolağı üzrə rəhbəri Yəhya Sinvarı HƏMAS-ın Siyasi Ofisinin rəhbəri təyin edib.

Az.rasthaber.com xəbər verir ki, 62 yaşlı Yəhya Sinvar Qəzzə zolağında HƏMAS-ın rəhbəri olub.


Bu qərar İsmayıl Həniyyə və onun mühafizəçisinin 31 iyulda Tehranda sionist rejimin kor və qorxaq terror əməliyyatında şəhid olmasından sonra verilib.

HƏMAS hökumətinin başçısı Əbu İbrahim kimi tanınan Yəhya İbrahim Sinvar 1962-ci il oktyabrın 29-da Qəzzə zolağında anadan olub.

O, HƏMAS təhlükəsizlik təşkilatının (MƏCD) qurucusu kimi tanınır. İsrail ordusu Sinvarı 7 oktyabr hücumunun əsas səbəbkarı hesab edir.

Xəbəri paylaş

VİDEOLAR