ABŞ və Təl-Əvivin artan təzyiqlərinə cavab olaraq, HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar Müqaviməti heç kimin tərksilah edə bilməyəcəyini bəyan edərək, HƏMAS-ın heç vaxt İranla əlaqələrini kəsməyəcəyini bildirib.
Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının yeni lideri Həmas çıxışında Müqavimət və işğalçı rejimin tərksilah edilməsi ilə bağlı HƏMAS-ın qəti mövqeyini bir daha təkrarlayıb.
Sinvar bəyan edib ki, heç kim HƏMAS-ı "İsraili" qanuni dövlət kimi tanımağa məcbur edə bilməz.
O, Qəzzada bir qrup fələstinli gənc arasında çıxış edib.
Sinvar sionistlər və ABŞ-ın Müqaviməti tərksilah etmək üçün təzyiqləri və Qəzza müharibəsindən sonra digər Fələstinli qruplarla birlikdə milli birlik hökuməti yaratmaq iddialarına cavab olaraq deyib:
“Heç kim bizi silahlarımızı yerə qoymağa məcbur edə bilməz”.
O, həmçinin əlavə edib ki, “Biz heç vaxt İran və digər tərəflərlə əlaqələrimizi kəsməyəcəyik”.
HƏMAS-ın yeni lideri bildirib ki, “Biz Fələstinin azadlığını həyata keçirmək üçün döyüşçüyük və millətimizə azadlıq haqqını vermək üçün inqilabçılarıq”.
O, əlavə edib: "İnsan haqları qanunlarına uyğun olaraq işğalçılara qarşı mübarizə aparacağıq və millətimizi qorumaq üçün hərbi gücümüzü gücləndirməyə davam edəcəyik".
Həmas rəhbəri həmçinin sionistləri əsirlərin dəyişdirilməsi üçün aparılan danışıqlarla bağlı xəbərdar edib və bildirib ki, fələstinli məhbuslar azad olunmasa, İsrailin də məhbusları heç vaxt azad edilməyəcək.