Yəhudilərin bayramı yasa çevrildi - Çox sayda ölən var

Yəhudilərin bayramı yasa çevrildi - Çox sayda ölən var

Yaralıların vəziyyəti ağır olaraq dəyərləndirilir.

Rasthaber Azərbaycan xəbər verir ki, yəhudilərin Meron dağı bölgəsində keçirdikləri Laq ba-Omer bayramı zamanı basırıq və tribunanın uçması baş verib.

Nəticədə 44 nəfər ölüb, 103 nəfər isə yaralanıb.

Yaralıların vəziyyəti ağır olaraq dəyərləndirilir.

Əraziyə çox sayda təcili tibbi yardım dəstələri və 6 sanitar vertolyot göndərilib. Həmçinin səhra hospitalı da təşkil edilib.

Bayram təşkilatçılarının məlumatına görə, tədbirdə 100 mindən çox insan iştirak edib.

Baş nazir Binyamin Netanyahu "Twitter" hesabından etdiyi paylaşımda hadisənin "ağır fəlakət" olduğunu və yaralıların sağalması üçün dua etdiklərini dilə gətirib.

Xəbəri paylaş

VİDEOLAR