Fanatik yəhudilər fələstinlilərin əmlakına zərər vurublar, həmçinin onların evlərinin üzərində nifrət dolu yazılar da yazıblar.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, insident İordan çayının Qərb sahilində baş verib.
Səlfit şəhəri yaxınlığında yerləşən Kira kəndinin rəsmisi Əşrəf Ziyad bildirib ki, bir qrup yəhudi mühacir kəndə ötən gün səhər saatlarında soxulub.
Xatırladaq ki, İsrail rejimi 1967-ci ildən bəri Qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məntəqəsi inşa edib. Burada təxminən 450 min yəhudi yaşayır və onlar tez-tez fələstinlilərə qarşı təxribatlar törədirlər.