İsrailin İşğalı altında olan İordan çayının qərb sahilinin şimalındakı yəhudi köçkünlərin hücumları nəticəsində yeddi fələstinli yaralanıb
Selfit şəhərinin Derastiya rayon bələdiyyə başçısı Səid Zeydan bu barədə açıqlama verib.
Rasthaber trthaber-ə istinadən xəbər verir ki, o bildirib ki, İtamar qəsəbəsindən olan bir bir qrup Yəhudi Fələstinlilərə məxsus kənd təsərrüfatı ərazilərinin yerləşdiyi Qana Vadisi bölgəsindən mal-qarayla keçməyə çalışıb.
Sitrus baxçalarına zərər verilməməsi üçün heyvanların keçişinə mane olaq istəyən fələstinlilərə yəhudi qrup daşlarla və gözyaşardıcı qazlarla hücum təşkil edib. Hadisə zamanı 7 fələstinli yaralanıb. Təxminən üç saat davam edən hadisə zamanı İsrail əsgərləri yəhudi köçkünlərə dəstək məqsədilə əraziyə cəlb olunub.
Fələstinli səlahiyyətlilərin məlumatına görə, yəhudi köçkünlər son zamanlarda Fələstinin əkin sahələrində mal-qaralarını otararaq məhsulları talan edirlər. Fələstinliləri torpaqlarından didərgin salmaq üçün İordan çayının qərb sahilində də oxşar hadisələr törədirlər.