Yerevanda polislə etirazçılar arasında toqquşma

Yerevanda polislə etirazçılar arasında toqquşma

Ermənistanın paytaxtı Yerevanda hökumət binasının qarşısına toplaşan etirazçılarla polislər arasında toqquşma olub.

Az.rasthaber.com erməni mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət evinin bütün giriş və çıxışlarında bir neçə sıradan ibarət canlı sədd qurublar Aksiya iştirakçıları bu maneəni yarıb binaya daxil olmağa çalışırlar.

Polis “Nikol satqındır!” şüarını söyləyən etirazçıları binanın qarşısından Tiqran Metsa prospektinə sıxışdırıb. Aksiya iştirakçılarının bir qrupu baş nazir Nikol Paşinyanın avtomobil karvanının qarşısını kəsməyə cəhd göstərib.

Polis etirazçıların bir neçəsini saxlayıb.

Xəbəri paylaş

VİDEOLAR