Məktəblinin işi ilə bağlı növbəti məhkəmə dinləməsi 12 apreldə baş tutacaq.
Rasthaber Azərbaycan xəbər verir ki, Yeni Zelandiyada məktəblinin silah anbarı aşkar edilib.
Vellinqton məktəblərinin birində oxuyan yeniyetməyə qarşı qanunsuz silah-sursat saxlamaqla bağlı ittiham irəli sürülüb.
Həmçinin axtarış zamanı həmin şagirdin 2019-cu ildə Kraystçörç şəhərində məscidlərdə törədilmiş qanlı terror aktlarının videolarını da saxladığı məlum olub.
Hüquq-mühafizə orqanlarında məktəblinin baxışları ilə bağlı və onun silah əldə etməsinin potensial səbəbləri ilə bağlı narahatlıq yaranıb.
Hakim Con Voker bu faktları olduqca təhlükəli hesab edib və onunla bağlı müvafiq tədbirlərin görülməsi tapşırığını verib.
Məktəblinin işi ilə bağlı növbəti məhkəmə dinləməsi 12 apreldə baş tutacaq.