Yeni Zelandiyada məscid vandalların hücumuna məruz qalıb

Yeni Zelandiyada məscid vandalların hücumuna məruz qalıb

Polis cinayət işi başladıb. Araşdırma aparılır.

Rasthaber Azərbaycan “IslamNews”-ə istinadən xəbər verir ki, Yeni Zelandiyada bu yaxınlarda açılmış məscid islamofob-vandalların hücumuna məruz qalıb.

Kvinstaun şəhərinin bu ay istifadəyə verilmiş İslam Mərkəzinə Fransa nəşr edilən və müsəlmanları təhqir edən karikatular yapışdırılıb.

Yaxınlıqdakı insanlar müsəlmanlarla birlikdə həmin karikaturaları cırıblar.

Polis cinayət işi başladıb. Araşdırma aparılır.

Xəbəri paylaş

VİDEOLAR