Yeni doğulan körpəsini selofan zənbillə zibil qabına qoydu və... VİDEO

Yeni doğulan körpəsini selofan zənbillə zibil qabına qoydu və... VİDEO

Türkiyədə dəhşətli hadisə yaşanıb

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərində yeni doğulmuş körpəsini zibil qabına atan 22 yaşlı Ezgi.Ç saxlanılıb.

Dünən baş verən dəhşətli hadisənin təfərrüatları təhlükəsizlik kamerasının araşdırılmasından sonra üzə çıxıb.

Belə ki, tibb bacısı olan 22 yaşlı qadın tualetdə doğduğu körpəsini selofan paketə qoyaraq zibil qabına atıb.

Zibil qabına atılan zaman sağ olan körpənin xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Ezgi.Ç-nın müvafiq cinayət maddələrilə barəsində cinayət işi açılaraq saxlanıldığı bildirilir.

Sevgilisi olan Mustafa P. da dəlilləri yoxetmə ittihamı ilə saxlanılıb.

Xəbəri paylaş

VİDEOLAR