Qəzza Səhiyyə Nazirliyi bazar günü xəbərdarlıq edib ki, İsrail rejimi ilə davam edən müharibə nəticəsində yaranan yanacaq qıtlığı səbəbindən Qəzza zolağı boyunca xəstəxanalar yaxın 48 saat ərzində fəaliyyətini dayandıracaq.
Bu hesabata görə, Qəzza zolağı 8 aydan çoxdur ki, dağıdıcı müharibə ilə üz-üzədir. İşğalçı İsrail rejimi ordusu Qəzzanın müxtəlif bölgələrinə genişmiqyaslı hücumlar təşkil edir, bombardmanlarla bölgədəki bir çox həyati əhəmiyyətli obyektləri, o cümlədən tibb müəssisələrini dağıdır.
Nazirlik bütün beynəlxalq və humanitar təşkilatlara müraciət edib və bildirib ki, Qəzzaya yanacaq, elektrik generatorları və təmir üçün lazım olan ehtiyat hissələri göndərməklə bu məntəqədə faciənin qarşısının alınmasını yardım edilməlidir.