Yaponiyada yenə 7.3 bal gücündə zəlzələ oldu: Yaralı sayı artdı

Yaponiyada yenə 7.3 bal gücündə zəlzələ oldu: Yaralı sayı artdı

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bu gün (14 fevral) səhər saatlarında yığıncaq keçirən kabinet üzvləri zəlzələnin vurduğu ziyan barədə məlumatlandırılıb.

Kabinetin baş katibi Kato Katsunobu, Baş Nazirlik Aparatında bir iş qrupu yaradıldığını söyləyib.

Baş nazir Suqa Yoşihidenin zəlzələnin fəsadlarının müəyyən edilməsi və axtarış-xilasetmə fəaliyyələri üçün işçi qrupuna təlimat verdiyi bildirilib.

Suqa zəlzələdən sonra Fövqəladə Hallar üzrə nazir Haçiro Okonoqini qəbul edib.

Görüşdən sonra Suqa zəlzələdən sonra insan itkisi olmadığını bildirərək, yaralılara keçmiş olsun diləklərini çatdırıb.

Müdafiə naziri Kisa Nobuo zəlzələnin ciddi fəsadının olmadığını və aidiyyəti olan nazirlik və yerli rəhbərliklərlə işbirliyinin davam etdiyini bildirib.

Bu arada, ictimai yayım orqanı "NHK"-nın verdiyi məlumata görə, Joban şossesində bəzi ərazilərdə sürüşmə və bəzi bölgələrdə suyun kəsilməsi baş verib.

Şərqi Yaponiya Dəmir Yollarına aid bəzi qatar xidmətləri dayandırılıb.

Fukuşima əyalət qubernatorluğunun verdiyi məlumata görə, zəlzələdən sonra şəhərdə yaradılmış 60-dan çox evakuasiya mərkəzi müvəqqəti sığınacaq yeri kimi istifadəyə verilib.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 23:07 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.

Xəbəri paylaş

VİDEOLAR