" Hiddətlən və bu hiddətdən öl".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ dövlət katibi Mark Pompeonun İranı Əl-Qaidə ilə əlaqələndirməsinə cavabında bildirib.
O, açıqlamasında bildirib ki, İran İslam Respublikası illərdir ABŞ-ın dövlət terroruna məruz qalır.
"Bu gün ABŞ bizi "Əl-Qaidə" terrorçu qruplaşmasına yardım etməkdə ittiham edir. Onu bildirim ki, bizim "Əl-Qaidə" və İŞİD-ə qarşı mübarizəmiz həmişə göz önündə olub. Terrorçuları dəstəkləyənlər öz etdiklərini bizim üzərimizə atmağa çalışırlar", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.
O qeyd edib ki, ABŞ-ın terrorçu qruplaşmalara yardım etməsi dəfələrlə sübut olunub.
İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif də Pompeonu səsləndirdiyi ittihamlara münasibət bildirib və onları uydurma və Pompeonu müharibə təşəbbüskarlı adlandırıb".