"ABŞ-ın zorakı davranışları Trampla başlamayıb, onunla da bitməyəcək və ondan sonra da davam edəcək".
Rasthaber Azərbaycan İran mediasına xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə tvitterdə yazıb.
"Heç kimin bal ayını pozmaq istəmirik, amma görünür Pompeo tərzində diplomatiya hələ də davam edir . Bu yeni bir xəbərdarlıq olmalıdır, ABŞ-ın başqalarına qarşı zorakılığı Trampla başlamamış və ondan sonra da bitməyəcək", - deyə Xətibzadə qeyd edib.
İanın Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: "Avropa İttifaqı və troykaya dostcasına məsləhətimiz budur ki, bir az ürəkli və cəsarətli olun".