İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistan vəliəhdinin İran, Ərəbistan və region münasibətləri barədəki son sözlərini təqdir edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Səid Xətibzadə Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın İran, Ərəbistan və region münasibətləri barədəki son sözlərinə dair sualın cavabında belə söyləyib: "Dialoq mehvərli üsul və konstruktiv baxışlarla regionun və İslam Dünyasının bu iki mühüm ölkəsi ixtilafları arxada qoyub, regional inkişaf, sülh və sabitliyə çatmaq üzrə həmkarlıq və anlaşmanın yeni bir fəslinə daxil ola bilər.
"İran İslam Respublikası Hörmüz sülh hərəkatı da daxil olmaqla Fars Körfəzi bölgəsində dialoq və əməkdaşlıq üzrə təklif və layihələr təqdim etməklə regional əməkdaşlıq və dostluq yolunun öncülü olub və Səudiyyə Ərəbistanın ifadə tərzinin dəyişməsini alqışlayır.", -deyə o əlavə edib.
Səudiyyə Ərəbistanın vəliəhdi çərşənbə axşamı günü gecə Ələrəbiyyə telekanalı ilə müsahibədə deyib ki, İran qonşu ölkədir və Ərriyad Tehranla yaxşı münasibətlərə malik ola biləcəyinə ümid edir.