Xristian din xadimi Şeyx Zəkzakini müdafiə etdi: Bu bəşəriyyətə edilən zülmdür

Xristian din xadimi Şeyx Zəkzakini müdafiə etdi: Bu bəşəriyyətə edilən zülmdür

Pasteur Con Cozef çıxış edib

Rasthaber Azərbaycan "eastnews.org"a istinadlı verdiyi xəbərə görə, Nigeriyanın nüfuzlu xristian din xadimlərindən olan Pasteur Con Cozef Şeyx İbrahim Zəkzaki ilə bağlı açıqlama verib.  

O, açıqlamasında bildirib ki, bütün nigeriyalılar Şeyx İbrahim Zəkzakinin azad edilməsi üçün çalışmalıdır.  

"Şeyx İbrahim Zəkzakiyə edilən zülm bütün bəşəriyyətə edilən zülmdür. Şeyx Zəkzakinin azad edilməsi tezliklə həyata keçirilməlidir", - deyə Pasteur Con Cozef diqqətə çatdırıb.  

Pasteur Con Cozef qeyd edib ki, insan haqlarına və din azadlığına hörmət etmək Nigeriya hökumətinin borcudur.

Xəbəri paylaş

VİDEOLAR