Xarici qoşunlar İraqı tərk etməyə başladı

Xarici qoşunlar İraqı tərk etməyə başladı

İraq Milli Təhlükəsizlik müşaviri Qasim əl-Əraci beynəlxalq koalisiyanın İraqdakı döyüş missiyasının başa çatdığını və xarici qüvvələrinin çıxarılma prosesinin başladığını elan edib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, o qeyd edib ki, ötən gün beynəlxalq koalisiya ilə koalisiya qüvvələrinin döyüş missiyasının başa çatmasını və onların İraqdan çıxarılmasını rəsmi elan etmək üçün aparılan dialoqun son raundu başa çatdırılıb.

Əl-Əracinin sözlərinə görə, beynəlxalq koalisiya ilə təhsil və məsləhətləşmə sahəsindəki əlaqələr davam edəcək.

Daha öncə İraq ordusunun rəsmisi Təhsin əl-Həfaci də bildirmişdi ki, xarici qoşunların əksəriyyəti İraqı tərk edib.

Xatırladaq ki, İraq parlamenti 2020-ci il 5 yanvarda xarici qoşunların çıxarılmasının lehinə səs verib.

Xəbəri paylaş

VİDEOLAR