HƏMAS-ın siyasi bürosunun sabiq rəhbəri Xalid Məşəl verdiyi açıqlama zamanı bildirib ki, "Qüds qılıncı" müharibəsi Fələstinin azad edilməsinə yaxınlaşdırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadlı məlumatına əsasən, o qeyd edib ki, "Qüds qılıncı" döyüşü Fələstin məsələsinin İslam və ərəb ümməti səviyyəsindəki vəziyyətini canlandırıb.
Xalid Məşəl qeyd edib ki, gözlənildiyi kimi, sionist rejim çox öyünməsinə baxmayaraq, nəhayət raket hücumları və geniş müqavimət qruplarının təzyiqi altında atəşkəsə razılaşdı. Sionistlər Fələstin müqaviməti ilə döyüş sahəsini tərk etdilər, lakin nəticədə müqavimət qruplarına Şeyx Cərrah bölgəsindəki təcavüzlərini dayandırmaq üçün təminat vermək məcburiyyətində qaldılar.