WSJ: Avropa liderləri enerji böhranında ABŞ rəhbərliyini günahlandırır

WSJ: Avropa liderləri enerji böhranında ABŞ rəhbərliyini günahlandırır

“Wall Street Journal”ın köşə yazarları Noemi Bisserb və Endryu Restuçça bildiriblər ki, Avropa liderləri enerji böhranı və iqtisadi tənəzzülə görə ABŞ-ı günahlandırırlar.

Az.rasthaber.com SalamNews-a istinadən verdiyi xəbərə görə, məqalədə qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderləri ABŞ-ın siyasətindən narazıdırlar.  Belə ki, bu siyasi xətt Ukraynada münaqişənin yaratdığı problemləri daha da gücləndirir. 

Müəlliflərin fikrincə, ABŞ-ın atdığı addımlar da enerji böhranının həllinə kömək etmir, çünki Amerikanın mayeləşdirilmiş təbii qazı Avropaya yüksək qiymətə tədarük edilir. 

Jurnalistlər hesab edirlər ki, mövcud çətinliklər Brüssel və Vaşinqton arasında fikir ayrılığına səbəb olur. ABŞ-dan artan asılılıq isə Avropa rəsmilərini getdikcə daha çox məyus edir. 

Xəbəri paylaş

VİDEOLAR