Volodin: ABŞ Avropanı aclığa, soyuğa və təcridə məhkum edir

Volodin: ABŞ Avropanı aclığa, soyuğa və təcridə məhkum edir

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Birləşmiş Ştatlar Avropanın vətəndaşlarının rifahını və iqtisadiyyatını qurban verərək, dünya üzərində hakimiyyəti saxlamaq üçün hər şeyi etməyə hazırdır.

Onun sözlərinə görə, Vaşinqton Avropanı aclığa, soyuğa və təcridə məhkum edir. 

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb. 

"ABŞ-da bu gün qazın 1000 kubmetri 333 dollar təşkil edir. Vaşinqton onu Avropaya 7,3 dəfə baha satır və Aİ ölkələrinin iqtisadiyyatını rəqabətsiz edir", deyə spiker vurğulayıb. 

Volodin həmçinin qeyd edib ki, Avropa zonasında inflyasiya rekord həddə çataraq 8,9% təşkil edib. O əlavə edib ki, Avropa dövlətlərinin Rusiyanın enerji daşıyıcılarından imtina etməsi, Rusiya ilə iqtisadi əməkdaşlığın kəsilməsi və vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması ilə bağlı qərarlar Vaşinqtonun təzyiqi ilə qəbul edilib.

Xəbəri paylaş

VİDEOLAR