Volkan Bozkır BMT-dəki vəzifəsinə başlayıb

Volkan Bozkır BMT-dəki vəzifəsinə başlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən türk diplomat Volkan Bozkır vəzifəsinə başlayıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, BMT-nin mərkəzi qərargahında keçirilən mərasimdə Bozkır 74-cü sessiyanın sədri Tijjan Məhəmməd Banddan vəzifəni təhvil alıb. 

Bozkır BMT Baş Məclisindəki çıxışında yeni növ koronavirus (Covid-19) pandemiyasının  BMT-nin 75-ci Baş Məclisi üçün hazırlanan planları dəyişdiyini bildirərək "Bu gün maskalarımız bizə qarşı-qarşıya olduğumuz çox ciddi bir təhdidi, itirdiklərimizi,öhdəsindən gəlməli olduğumuz problemləri və hamımızın eyni gəmidə olduğumuzu xatırladır" deyib.
Pandemiyanın çoxtərəfli sistemin tənqidçiləri tərəfindən təktərəfli addımları qanuniləşdirmək, beynəlxalq sistemləri zəiflətmək üçün istifadə olunduğunu ifadə edən Bozkır bu dövrdə beynəlxalq sistem və təşkilatların sorğu-suala çəkildiyini və bu tənqidlərin əsasının olduğunu, ancaq səhv nəticələrə gəlindiyini vurğulayıb.
Qlobal böhran olan pandemiyaya qarşı həmrəylik, əməkdaşlıq və beynəlxalq qurumlara inamı gücləndirmə mesajı verən Bozkır “Heç bir ölkə bu pandemiyanı təkbaşına məğlub edə bilməz. Sosial məsafə beynəlxalq səviyyədə kömək etməyəcəkdir. Birtərəfli addımlar yalnız pandemiyanı gücləndirir və bizi ümumi hədəfimizdən yayındırır. Belə böhran anlarında BMT-nin mərkəzdə olduğu çoxtərəfli əməkdaşlığa və beynəlxalq qurumlara inamı gücləndirmək ümumi məsuliyyətimizdir" deyib.
İyun ayında Baş Məclisdə 178 ölkənin dəstəyi ilə Türkiyədən BMT-nin Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən ilk türk diplomat Volkan Bozkır 2021-ci il sentyabr ayına qədər bu vəzifəni davam etdirəcək.

Xəbəri paylaş

VİDEOLAR