İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Əlirza Təngsiri bəyan edib ki, "amerikalıların İranın məhəlli sularının sərhədini keçməyə haqqı yoxdur".
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, o bildirib ki, İran ordusu hər zaman vətən üçün fədakarlığa hazırdır.
"Əgər bu gün İslam döyüşçüləri dənizdə amerikalılara müqavimət göstərirlərsə, onları buna şəhidlərin pak ruhları ruhlandırır", - deyə o əlavə edib.
Düşmənə qarşı mətin və sarsılmaz müqavimətin şəhidlərdən öyrənilməli olduğunu deyən Təngsiri qeyd edib ki, "Allahın yardımı ilə İslam döyüşçüləri Fars körfəzində amerikalılara sillə vurdu və ABŞ-ın əzəmətinə dair əfsanəni puç etdi".