Vilayəti: Yəhya Sinvarın seçilməsi müqavimət yolunun sonsuz olması deməkdir

Vilayəti: Yəhya Sinvarın seçilməsi müqavimət yolunun sonsuz olması deməkdir

"Yəhya Sinvarın seçilməsi müqavimət yolunun sonsuz olması deməkdir"

Az.rasthaber.com xəbər verir ki,  Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri HƏMAS-ın Siyasi Ofisinin rəhbəri Yəhya İbrahim Sinvara ünvanladığı təbrik məktubunda bildirib: “Sizin layiqli seçilməyiniz onu göstərir ki, HƏMAS rəhbərləri bundan sonra da cinayətkar sionist rejimə qarşı və Qüdsi-şərifin azadlığı uğrunda əvvəlkindən daha qətiyyətlə mübarizə aparmağa və müqavimət göstərməyə davam edəcəklər. Çünki müqavimətin yolu sonsuzdur.”

Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti məktub vasitəsilə Yəhya İbrahim Sinvarın İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri seçilməsini təbrik edib.

Yəhya Sinvara ünvanlanan bu məktubun bir hissəsində yazılir: “Sizin layiqli seçilməyiniz onu göstərir ki, HƏMAS rəhbərləri bundan sonra da cinayətkar sionist rejimə qarşı və Qüdsi-şərifin azadlığı uğrunda əvvəlkindən daha qətiyyətlə mübarizə aparmağa və müqavimət göstərməyə davam edəcəklər. Çünki müqavimətin yolu sonsuzdur və bayraq bir komandirin əlindən düşəndə başqa bir komandir müqavimət bayrağını qaldıracaq. Bu işıqlı yol davam edəcək. Şübhəsiz ki, qalib gəlməyin yeganə yolu müqavimətdir. Bunu müqavimət cəbhəsinin mübarizləri, Fələstin və Qəzzənin cəsur və mərd insanları dünyaya sübut etmişdir.”

Xəbəri paylaş

VİDEOLAR