İslam İnqilabı Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri BMT-nin İraq üzrə xüsusi nümayəndəsi ilə görüşüb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Əliəkbər Vilayəti dünən Xanım Hannis Plasxart ilə görüşüb.
O xarici ölkələrin İraqın daxili işlərinə qarışmamalı olduqlarını qeyd edərək "İraq xalqı və hökumətinin öz taleyini təyin etməkdə birbaşa rolu var, çünki bu ölkənin xalqı dərin və köklü bir mədəniyyətə sahibdir", -deyə bildirib.
İslam İnqilabı Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İraqdakı təqlid mərcələrinin mühüm mövqeyi və roluna işarə edərək söyləyib : "Bu seçkilər İraq üçün çox həlledici olacaq və inşallah İraq hökuməti və xalqı çox şey qazanraq parlaq gələcəyə sahib olacaqlar."