Vilayəti: Trampın bu sazişi müqaviməti gücləndirəcək

Vilayəti: Trampın bu sazişi müqaviməti gücləndirəcək

İslam Dünyasının ən mühüm və ən əsas məsələsi kimi Fələstin amalını müdafiə müsəlmanlara hər zamandakından daha çox vacibdir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xameneinin müşaviri və İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi Əli Əkbər Vilayəti deyib ki, “əsrin sövdələşməsi” amerikan planda məqsəd, Asiyanın qərbini səbatsızlaşdırmaqdır.

Vilayəti “əsrin sövdələşməsi” planının təqdimatından sonra bir açıqlamada bu hərəkəti pisləyərək, onu əsrin kələyi adlandırararaq deyib: “Əsrin sövdələşməsi” planı beynəlxalq qanunların aşkar şəkildə pozulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə etinasızlıq kimi, olduqca təhlükəli nəticələrə gətirib çıxaracaq."

"Paytaxtın Təl-Əvivdən Beytulmuqəddəsə köçürülməsi və Cövlan yüksəkliklərinin rəsmən tanınmasının Tramp və Netanyahu üçün istənilən nəticəni vermədiyi kimi, “əsrin sövdələşməsi” planının təqdimatı mübariz fələstinli qrupların birliyinə, həmçinin Qüdsi-Şərifin azad edilməsinədək müqavimət prosesinin kəmiyyət və keyfiyyət baxımından inkişafına səbəb olacaq.", -deyə Ayətullah Xameneinin müşaviri  əlavə edib.

İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi həmçinin vurğulayıb ki, İslam Dünyasının ən mühüm və ən əsas məsələsi kimi Fələstin amalını müdafiə müsəlmanlara hər zamandakından daha çox vacibdir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Ağ Ev-də sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı, “əsrin sövdələşməsi” planını təqdim edib.

Fələstinli qrupların, eləcə də xalqın geniş müxalifətilə üzləşən bu plan ərəb ölkələrində yaşayan fələstinli mühacirlərin öz torpaqlarına qayıdışı məsələsini ləğv etmək məqsədini güdür.

Bu plan BMT Təhlükəsizlik Şurasının 194 saylı qətnaməsinin maddələrinə ziddir.

Xəbəri paylaş

VİDEOLAR