Vilayəti İranın ABŞ ilə müzakirə edib etməyəcəyindən danışdı

Vilayəti İranın ABŞ ilə müzakirə edib etməyəcəyindən danışdı

Əli Əkbər Vilayəti Rusiyanın “Russia al yauvm” telekanalına verdiyi müsahibənin ikinci hissəsi yayımlanıb

Rasthaber Azərbaycan xəbər verir ki, Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Rusiyanın “Russia al yauvm” telekanalına verdiyi müsahibənin ikinci hissəsi yayımlanıb.

ABŞ ilə müzakirələr haqqında Vilayəti “Sanksiyalar ləğv edilmədən ABŞ ilə hər hansı bir görüş olmayacaq. İran ABŞ rəsmilərilə heç bir görüş keçirməyəcək.”, -deyib.

Vilayəti İran və Amerikanın pərdə arxasındakı görüşlərlə bağlı fikirləri də rədd edərək bunların həqiqət olmadığını bildirib.

ABŞ-ın maksimum təzyiq siyasətilə bağlı danışan Vilayəti “Sanksiyalar İran kimi böyük və güclü bir ölkəni çökdürməz.”, - deyə əlavə edib.

Ayətullah Xameneinin müşaviri Almaniya, İngiltərə və Fransanın ticarəti – iqtisadi əlaqələri asanlaşdırmaq və ABŞ sanksiyaların müdafiə üçün qurulan İNSTEX maliyyə kanalı ilə bağlı isə bunları deyib:  “Avropalılar bu günə qədər kağız üzərində qalan vədlərdən başqa bir şey təqdim etməmişdir, sözlərdən başqa bir şey görmədik.”

Əli Əkbər Vilayəti Almaniya, Fransa və İngiltrə kimi ölkələrin nüvə anlaşması mövzusunda ABŞ-ın siyasətinə tabe olduğunu əlavə edərək “Onlar ABŞ-ın diqtə etdiyi siyasətə bağlıdırlar. Bu günə qədər qərarlarında müstəqillik göstərmədilər.”, -deyə qeyd edib.

Birinci hissə

Xəbəri paylaş

VİDEOLAR