Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Rusiyanın “Russia al yauvm” telekanalına danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Rusiyanın “Russia al yauvm” telekanalına verdiyi müsahibədə bölgədəki son durumu müzakirə edib.
Vilayəti ilk olaraq İsrailin Suriyaya qarşı hücumlarından dnaışıb. O “İsrailin bölgədəki qanunsuz hücumları cavabsız qalmayacaq və bu rejim etdiyi cinayətlərə görə peşman olacaq. Suriya və Livandakı müqavimət gücləri ABŞ ilə İsrailin cinayətlərinə qarşı çıxacaqlar.”, -deyə bildirib.
Sionist rejimin İranla bağlı təhdidləri həyata keçirməyə cəsarəti olmadığını qeyd edən Vilayəti, sionist rəsmilərin təhdidlərinin reklam xarakterli olduğuna diqqət çəkib.
Vilayəti İranın İraqda heç bir baş nazir namizədini dəstəkləmədiyini də xatırladaraq, Tehranın İraq parlamenti tərəfindən təqdim edilən hər bir baş nazirə dəstək verəcəyini bildirib.
Əli Əkbər Vilayəti, etirazların İraq xalqının haqqı olduğuna işarə edərək, İraqın gələcək hökümətinin xalqın istəklərini yerinə yetirməli olduğunu və buna ümid etdiyini önə çəkib.
Livandakı durumla bağlı “Livan xalqının verəcəyi bütün qərarlara hörmət edirik”, - deyə Vilayəti qeyd edib.